36 yaşım var və Şirvandanam.
YouTube platformasında öz kanalımı inkişaf etdirir və gündəlik həyatdan, səyahətlərdən, macəralardan, yeməklərdən və müxtəlif maraqlı mövzulardan videolar hazırlayıram.
Səyahət etməyi, yeni yerlər kəşf etməyi, fərqli təcrübələr yaşamağı və müxtəlif yeməkləri sınamağı sevirəm. İllər ərzində yaşadığım və yadda qalan anları videolar vasitəsilə paylaşmışam.
Bu sayt isə həmin videoları, səyahətləri və şəxsi xatirələri bir araya gətirən şəxsi platformadır. Burada ziyarət etdiyim yerlər, otellər, yeməklər, təbiət və gündəlik həyatdan maraqlı anlarla bağlı materiallar paylaşılır.